ABŞ təyyarələrinin “rutin fəaliyyətlər” çərçivəsində Qrenlandiyada yerləşdiriləcəyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığı (NORAD) təyyarələrinin “uzun müddətdir planlaşdırılan rutin fəaliyyətlər” çərçivəsində Qrenlandiyada yerləşdiriləcəyini açıqlayıb.
NORAD-ın sosial media hesabında yayımlanan açıqlamada, “NORAD təyyarələri yaxın vaxtlarda Qrenlandiyadakı Pituffik Kosmik Bazasına çatacaq” ifadəsi yer alıb.
Bildirilib ki, bu yerləşdirmə ABŞ, Kanada və Danimarka arasında müdafiə əməkdaşlığı çərçivəsində uzun müddətdir planlaşdırılan fəaliyyətlərin bir hissəsidir.
Yerləşdirmənin Danimarka ilə koordinasiya olunduğu, tapşırıqda iştirak edən bütün qüvvələrin lazımi diplomatik icazələr əsasında hərəkət etdiyi vurğulanıb.
Həmçinin Qrenlandiya hakimiyyətinin planlaşdırılan əməliyyatlar barədə məlumatlandırıldığı qeyd edilib.
Açıqlamada təyyarələrin Şimali Amerikanın müdafiəsinə yönəlmiş rutin əməliyyatlara dəstək verəcəyi bildirilib.