AZ

Zelenski Ukraynanın Trampın "Sülh Şurası"na dəvət aldığını təsdiqləyib

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə "Sülh Şurası"na dəvət aldığını təsdiqləyib.

APA xəbər verir ki, “UNİAN”ın sualına cavab verən Ukrayna Prezidenti həqiqətən dəvət gəldiyini və hazırda diplomatların bunun üzərində çalışdığını bildirib.

Zelenski qeyd edib ki, Ukraynanın Rusiya və Belarusla birlikdə bir orqanda iştirakını təsəvvür etmək çətindir: “Rusiya bizim düşmənimizdir, Belarus isə onların müttəfiqidir. Mənim üçün Rusiya ilə bu və ya digər Şurada necə bir yerdə ola biləcəyimizi təsəvvür etmək çox çətindir. Və bu, həmin “Sülh Şurası”na aid deyil. Rusiya sadəcə olaraq müharibə şurasıdır. Belarus da onlarla birlikdədir. Konkret olaraq Lukaşenko rejimi”.

Seçilən
99
4
apa.az

5Mənbələr