AZ

Qazaxıstan Prezidenti parlamenti “Qurultay” adlandırmağı təklif edib

Astana, 20 yanvar, AZƏRTAC

Yeni parlamentdə deputatlar hamı üçün vahid prosedura uyğun olaraq seçilməlidir.

AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Milli Qurultayın iclasında çıxış edərkən deyib.

Prezident, həmçinin yeni parlamentə “Qurultay” adının verilməsini təklif edib. Dövlət başçısı qeyd edib ki, yeni parlament beşillik müddətə seçiləcək və qanunverici orqanda yerlərin sayı 145-ə çata bilər. Yeni birpalatalı parlamentdə prezident kvotası və Qazaxıstan Xalqı Assambleyası kvotasının da ləğv edilməsi təklif olunur.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
188
5
azertag.az

6Mənbələr