AZ

Azərbaycanda dizel yanacağı istehsalı 23%-ə yaxın artıb

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda 2,549 milyon ton qazoyllar (dizelyanacağı) istehsal edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 22,9% çoxdur.

Bu ilin yanvarın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 138,2 minton təşkil edib.

Qeyd edək ki, Azərbaycanda 2025-ci ildə neft məhsullarınınistehsalı sahəsində istehsalın ümumi dəyəri 5532,3 milyon manatolmaqla, əvvəlki illə müqayisədə 13,7 faiz artıb. Neftməhsullarından mazut istehsalı 2,2 dəfə, neft koksunun istehsalı31,3 faiz, qazoylların (dizel yanacağının) istehsalı 22,9 faiz, ağneft istehsalı 22,9 faiz artıb, neft bitumu istehsalı 2,1 faiz,sürtkü yağları istehsalı isə 48,2 faiz azalıb.

Məqalədə:
Seçilən
152
az.trend.az

1Mənbələr