Davos. Trend:
COP29-un Azərbaycanda keçirilməsi və ölkənin bərpa olunan enerjimənbələrinə keçidə sadiqliyi onun karbohidrogen sektorundan kənardauzunmüddətli inkişaf strategiyasını nümayiş etdirir.
Trend-in xüsusimüxbiri xəbər verir ki, bunu Davosda keçirilən Dünya İqtisadiForumu çərçivəsində “H/Advisors” şirkətinin ictimaiyyətlə əlaqələrşöbəsinin sədri Demion Potter jurnalistlərə açıqlamasındadeyib.
O qeyd edib ki, Azərbaycanın qlobal iqlim diplomatiyasındakırolu yalnız genişmiqyaslı beynəlxalq tədbirlərin təşkili iləməhdudlaşmır, Azərbaycan onu konkret öhdəliklərləmöhkəmləndirir.
Potterin sözlərinə görə, Azərbaycanın bərpa olunan enerjiixracına dair öhdəliyi COP29-un ən nəzərəçarpan nəticələrindənbiridir.
“Məni təsirləndirən məqam Azərbaycanın qonşu ölkələrə vəAvropaya 8 giqavat həcmində bərpa olunan enerji ixrac etməköhdəliyini üzərinə götürməsidir”, – deyə o, bu planıngerçəkləşdirilməsi üçün müəyyən edilən iddialı müddətlərivurğulayıb.
“Bunu bu qədər qısa müddətdə – 2032-ci ilə qədər həyata keçirməkməcburi deyildi, lakin bu, əsasən COP29 çərçivəsində qəbul edilənöhdəliklər sayəsində mümkün olur”, – deyə Potter əlavə edib.
O, həmçinin bildirib ki, Azərbaycanın beynəlxalq nüfuzuirimiqyaslı mədəni, idman və investisiya təşəbbüsləri hesabınaardıcıl şəkildə möhkəmlənir.
“Bakının mərkəzində Formula 1 trasının mövcudluğu, UFCturnirlərinin və digər iri beynəlxalq tədbirlərin keçirilməsidünyaya Azərbaycanın gözəlliyini və bura ziyarətdən əldə olunanməmnuniyyəti xatırladır”, – deyə o qeyd edib.
Potter vurğulayıb ki, bu amillər ənənəvi hasilat sahələrindənkənarda cəlbedici investisiya mühitinin formalaşmasına töhfəverir.
“Azərbaycan xalqının rifahı naminə neft asılılığından digərbərpa olunan enerji növlərinə keçid üzrə uzunmüddətli strategiyamövcuddur. Bu, iqtisadi rifaha xidmət edir, daha təmiz havahesabına gündəlik həyatımızın keyfiyyətini yaxşılaşdırır və CənubiQafqazdan kənarda digər ölkələr üçün də fayda yaradır”, – deyə obildirib.