Bakı. Trend:
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən hazırdaölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq HidrometeorolojiProqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında, NaxçıvanMR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq- Şirvan, MərkəziAran, Lənkəran-Astara zonasında sulu qar, qar yağır. Əksər yerlərdəyağıntılar intensiv və güclüdür.
O qeyd edib ki, ölkə ərazisində müşahidə olunan yağıntılı havaşəraiti yanvarın 21-i gündüzədək davam edəcək:
"Ayın 22-dən havanın mülayimləşəcəyi, əksər rayonlarda havaşəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun tədricənyüksələcəyi, mülayim cənub-qərb küləyinin üstünlük təşkil edəcəyigözlənilir.
Havanın temperaturu isə Bakıda və Abşeron yarımadasında 2dərəcəyədək isti, Aran rayonlarında 0 dərəcəyə yaxın, NaxçıvanMR-da 3, dağlıq rayonlarda 7 dərəcəyədək şaxtadır”.