
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərliyi ilə akademik-inzibati heyət, tələbə və magistrantları 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə Mingəçevir şəhər Şəhidlər Xiyabanını ziyarət ediblər.
Yeniavaz.com xəbər verir ki, ziyarət zamanı 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.


