AZ

Azərbaycanlı futbolçu Özbəkistana getmək istəmədi 

Türkiyə I Liqa klubu “Serikspor”da çıxış edən Sertan Taşkın komandadan ayrıla biləcəyini xəbər vermişdik.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, futbolçu ilə Özbəkistanın “Qızılqum” klubu maraqlanırdı. Tərəflər arasında bir müddətdir davam edən danışıqlar müsbət nəticələnməyib. 

Taşkın karyerasını Özbəkistanda davam etdirmək istəməyib. Bu səbəbdən də transfer baş tutmayıb.

O, mövsüm sonuna qədər Türkiyə klubunda qalmağa qərar verib. 

Xatırladaq ki, azərbaycanlı oyunçunun forma geyindiyi “Serikspor” Türkiyə I Liqasında 16-cı  sıradadır.

Seçilən
100
idmanxeber.az

1Mənbələr