AZ

Mbappe ona mesaj yazıb, amma hələ cavab almayıb

“Real Madrid”in hücumçusu Kilian Mbappe Afrika Millətlər Kubokunun finalında Seneqalla oyunda (0:1) 90-cı dəqiqədə penaltini qaçıran komanda yoldaşı, Mərakeş yığmasının hücumçusu Brahim Diası dəstəkləyib.

Publika.az xəbər verir ki, Mbappenin sözlərini “L’Équipe” sitat gətirib.

“Ona mesaj göndərdim, amma hələ cavab almamışam. Gecənin yarısını Əşrəflə (Hakimi) telefonda keçirdim və nə baş verdiyini dəqiq bilirəm. Çətindir.

Onun hazırda özünü necə hiss etdiyini başa düşürəm. Mən özüm də bunun öhdəsindən gəlmişəm (Mbappe Avro 2021-in 1/8 finalında İsveçrə ilə oyunda həlledici penaltini vura bilməyib). Təbii ki, o, məyusluq, qəzəb hiss edir…

Seçilən
132
11
publika.az

10Mənbələr