AZ

Çin silkələndi

Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) verdiyi məlumata görə, Yunnan əyalətinin (Çinin cənub-qərbi) Çiaojia qəzasında 5,1 bal gücündə zəlzələ baş verib.

“Cebheinfo.az” xəbər verir ki, zəlzələnin episentri 27,01 dərəcə şimal enliyində və 103,41 dərəcə şərq uzunluğunda yerləşib. Hiposentr 10 kilometr dərinlikdə olub.

Çiaojia qəzasının sakinləri güclü təkanlar barədə məlumat veriblər. Qonşu Ludian qəzasının Lonqtouşan qəsəbəsinin hakimiyyət orqanları zəlzələnin orada da güclü hiss olunduğunu, lakin heç bir itki olmadığını bildirib. Binalar uçmayıb, yollar açıqdır.

Seçilən
23
cebheinfo.az

1Mənbələr