Bakı.Trend:
Qanlı Yanvar günü Bakı metroploiteni əhali üçün sığınacaqoldu
Trend xəbərverir ki, bu fikirləri bu gün “Bakı Metropoliteni”n qatar maşinistiHəsənov Cahil 20 Yanvar hüzn günü münasibətilə BakıMetropolitenində keçirilən anım tədbiri çərçivəsində jurnalistlərəaçıqlamasında deyib.
Maşinist qeyd edib ki, həmin gün metro səhərədək dayanmadanişləyib.
"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə işdə idik. Axşam11-də növbəni təhvil verib evə getməli idik. Məlumat verildi ki,rus ordusu Bakıya daxil olub və ola bilsin ki, metro səhərədəkişləsin. Bu səbəbdən depodan əlavə qatarlar verildi. Axşam 12-yəqalmış atışma səsləri eşidildi. Nərimanov stansiyasından əksistiqamətə gətirilən yaralını gördük. Keçmiş Çapayev indiki Təbrizküçəsində erməni-rus birləşmələri milləti gülləbaran edirdilər. Busəbəbdən Təbriz küçəsinə bizi - 4 maşinisti əhali üçün köməyəgöndərdilər. Qadını vurmuşdular qaldırmağa çalışanda mənə tərəfatdılar, daldalanmağa yer tapdım. Atışma sakitləşəndən sonrayaralını Nərimanov xəstəxanasına çatdırdıq. Qanlı Yanvar günü BakıMetroploiteni əhali üçün sığınacaq oldu. Artıq 40 il olacaq ki,Bakı Metropolitenində maşinist işləyirəm”.