Bakı. Trend:
“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibi “AyntraxtFrankfurt”da kadr dəyişiklikləri davam edir.
Trend-in klubunrəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi DinoTopmöllerin istefasından sonra klub rəhbərliyi onun köməkçiləri ilədə yollarını ayırmaq qərarına gəlib.
Stefan Buk, Nelson da Silva Morqado və Haver Zembrodlanınqarşılıqlı razılıq əsasında vəzifələrindən ayrıldığı bildirilib.Topmöllerin məşqçilər heyətindən yalnız Yan Visser klubdaqalıb.
Qeyd olunur ki, Frankfurt təmsilçisindən ayrılan məşqçilər ötənmövsüm “Ayntraxt”ın Bundesliqada üçüncü yeri tutaraq AvropaLiqasının dörddəbir finalına yüksəldiyi mövsümdə komandanın uğurunamühüm töhfə veriblər.
Xatırladaq ki, hazırda “Ayntraxt Frankfurt”a müvəqqəti olaraqehtiyat komandanın baş məşqçisi Dennis Şmitt rəhbərlik edir.
UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Qarabağ”və “Ayntraxt Frankfurt” komandaları arasında oyun yanvarın 21-dəTofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. QarşılaşmaBakı vaxtı ilə saat 21:45-də başlayacaq.