Türkiyə estradasının meqastarı Tarkan uzun fasilədən sonra İstanbulda konsert verib. Dünya şöhrətli müğənni pərəstişkarları ilə “Volkswagen Arena”da bir araya gəlib. Metbuat.az xəbər verir ki, həyat yoldaşı Pınar və məktəbli qızları onunla İstanbula gələ bilmədiyi üçün sənətçi heyranlarının qarşısına tək çıxıb. Yeddi il sonra İstanbulda konsert verən Tarkan səhnəyə çıxanda tamaşaçılardan üzr istəməyi unutmayıb. “Dünyada İstanbulun tayı-bərabəri yoxdur. İstanbul bir başqadır, gözəlliyindən doymaq olmur. Yeddi il sizinlə görüşmədiyim üçün məni bağışlayın”, - müğənni belə deyib. Müğənni 2 gün ard-arda konsert verib. O, “Ölürüm sana”, “Dudu”, “Sen başkasın”, “Acımayacak”, “Sevdanın son vuruşu” kimi çox sevilən mahnılarını səsləndirib. Konsertdən sonra Tarkan evinə gedərək, istirahət otağından foto paylaşıb. Müğənninin bu paylaşımı maraqla qarşılanıb.