AZ

Dəniz yosunları sürətlə çoxalır, ekosistem dəyişə bilər - Alimlərdən xəbərdarlıq

Bakı. Trend:

Alimlər dünya okeanlarında nəhəng dəniz yosunlarının sürətliartımının ciddi ekoloji dəyişikliklərə səbəb ola biləcəyi barədəxəbərdarlıq ediblər.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu proses qlobal istiləşmə, kəndtəsərrüfatı axınları və çirklənmə nəticəsində suların həddindənartıq zənginləşməsi ilə əlaqələndirilir.

Cənubi Florida Universitetinin tədqiqatına görə, son 20 ildətropik Atlantik və qərbi Sakit okeanda dəniz yosunlarınınçiçəklənməsi hər il orta hesabla 13,4 faiz artıb. Xüsusilə 2008-ciildən sonra artım kəskinləşib.

Alimlər bildirirlər ki, bu tendensiya okean sularının işıqrejimini dəyişdirə, ekosistem tarazlığını poza və iqlimproseslərini sürətləndirə bilər. Tədqiqat süni intellekt vasitəsilə2003–2022-ci illərə aid 1,2 milyon peyk görüntüsünün analiziəsasında aparılıb.

Mütəxəssislər son onillikdə yosunların həm makro, həm də mikrosəviyyədə ən yüksək artım mərhələsinə daxil olduğunu və bununokeanların sürətlə istiləşməsi ilə üst-üstə düşdüyünüvurğulayırlar.

Seçilən
174
1
az.trend.az

2Mənbələr