AZ

Sürücülük dərsi yoxsa “TikTok” şousu? Təlimçi özünü ifşa etdi VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bakıda sürücülük təlimi zamanı yol hərəkəti qaydalarına əməl etməyən təlimçinin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Avtosfer.az-ın məlumatına görə, 99-XE-205 dövlət nömrə nişanlı “Mazda” markalı avtomobillə təlim keçən xanım təlimçi yol boyu mobil telefondan istifadə edib.

Kadrlardan göründüyü kimi, təlimçi “TikTok” sosial şəbəkəsində canlı yayım açaraq bir mobil telefonla çəkiliş aparıb, digər telefon vasitəsilə isə gələn mesajlara cavab verib. Bununla da kifayətlənməyən təlimçi sükan arxasında əyləşən tələbəsinə telefonunda müxtəlif şəkillər göstərərək onun diqqətini yoldan yayındırıb. Həmçinin o, təhlükəsizlik kəməri taxmayıb.

Eyni zamanda, məlum olub ki, həmin şəxs işlə bağlı paylaşdığı videoların əksəriyyətində mobil telefondan mütəmadi olaraq istifadə edib.

Qeyd edək ki, sözügedən təlimçi həm də müğənni kimi fəaliyyət göstərir.

Xatırladaq ki, sürücülük təlimçisi ilk növbədə yol hərəkəti qaydalarına nümunəvi şəkildə əməl etməli, şagirdin diqqətini yayındıracaq hərəkətlərdən çəkinməli və təhlükəsizliyi ön planda tutmalıdır. Təlim zamanı mobil telefondan istifadə, canlı yayım açmaq və ya tələbənin diqqətini yoldan yayındırmaq həm qanunvericiliyin tələblərinə ziddir, həm də gələcək sürücülər üçün yanlış davranış nümunəsi formalaşdırır.

Nərmin

Oxunub 214

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
123
avtosfer.az

1Mənbələr