AZ

Larisa Dolinanın mənzili əlindən ALINDI: Qıfıllar dəyişdirildi, özü isə qeydiyyatdan ÇIXARILDI – VİDEO

Dolinanın Xamovnikidəki mənzili qəti şəkildə Luryeyə təhvil verilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məşhur müğənni Larisa Dolinanın Moskvanın Xamovniki rayonundakı mənzili ilə bağlı məsələyə yekun vurulub.

Mənzil rəsmən yeni sahibi Polina Luryeyə təhvil verilib. Qapının qıfılları dəyişdirilib, qanuni sahibin vəkili isə jurnalistlərə açarları nümayiş etdirib.

Mənzilin təhvil verilməsi prosesi tam başa çatıb və məhkəmə icraçıları ərazini tərk ediblər. Hər iki tərəfin vəkilləri köçürülmənin dinc şəkildə həyata keçirildiyini və qapının sındırılmadan açıldığını bildiriblər.

İcraçılar Dolinanın əşyalarının mənzildə qalmadığına əmin olduqdan sonra evi tərk ediblər. Qeyd edək ki, mənzilin təhvil-təslimi zamanı nə Larisa Dolina, nə də yeni sahib Lurye iştirak edib.

Sənətçi və yaxınları mənzildən qeydiyyatdan çıxarılıb, açarlar isə könüllü şəkildə təhvil verilib. Bununla da səs-küylü mənzil qalmaqalı sona çatıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
11
interpress.az

1Mənbələr