Bakı. Trend:
Ukraynanın “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenkoməhkəmə tərəfindən müəyyən edilmiş 33,3 milyon qrivna (təxminən 760min ABŞ dolları) məbləğində girovu ödəyə bilmədiyini bildirib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Timoşenkonun sözlərinə görə, əvvəlki məhkəmə iclasından sonramaliyyə monitorinqi səbəbindən onun bank əməliyyatları faktikiolaraq bloklanıb ki, bu da müəyyən edilmiş müddətdə vəsaitinköçürülməsini mümkünsüz edir.
O əlavə edib ki, tələb olunan məbləğin hətta bir hissəsini beləköçürə bilmir.
Siyasətçinin fikrincə, ona məqsədli şəkildə maneələr yaradılırki, 21 yanvar tarixinədək tələb olunan girovu ödəyə bilməsin vənəticədə həbsə alınsın.
Qeyd edək ki, yanvarın 16-da Ukrayna məhkəməsi “Batkivşina”Partiyasının rəhbəri Yuliya Timoşenkoya qarşı 33 milyon qrivnaməbləğində girov şəklində qətimkan tədbiri seçib.