Bakı. Trend:
Ermənistanda Rusiyanın mayeləşdirilmiş təbii qazınınAzərbaycandan keçməklə dəmir yolu vasitəsilə Ermənistana daşınmasıməsələsi müzakirə olunur.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyatNazirliyinin mətbuat katibi Lilit Şaboyan bildirib.
O qeyd edib ki, Ermənistan qazı iki əsas ölkədən – İran vəRusiyadan idxal edir.
“İranda mövcud şəraitlə əlaqədar bəzi problemlər yaranıb, Rusiyailə bağlı çətinliklər isə Yuxarı Lars keçid məntəqəsiləəlaqədardır. Lakin bu problemlər yaxın zamanda həll ediləcək, çünkimayeləşdirilmiş qazın Ermənistana dəmir yolu ilə idxalınabaşlanacaq. Rusiya mayeləşdirilmiş qazı yaxın vaxtlarda Azərbaycanərazisindən keçməklə Ermənistana çatdıracaq. Rusiyadan Ermənistanadəmir yolu ilə mayeləşdirilmiş qazın idxalı variantı da müzakirəolunur”, – deyə o bildirib.
Xəbər yenilənəcək