AZ

"Bəzən rəqib daha güclü olur" - Rodri MY-yə məğlubiyyətdən danışdı

"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri İngiltərə Premyer Liqasının 22-ci turunda "Mançester Yunayted"dən aldıqları məğlubiyyəti (0:2) şərh edib.

Fanat.Az xəbər verir ki, ispaniyalı ulduz matçın ardından belə danışıb:

"Çətin gün idi. Əlbəttə, biz çalışdıq. Bəzən rəqib daha güclü olur. Bu gün onların gücü, enerjisi, qələbə istəyi bizimkindən daha çox idi. İstənilən halda, bizi əks-hücumlarda yaxalataraq iki qol vurdular.

Özümü necə hiss edirəm? Artıq hər oyunda meydana çıxmağa hazıram. Gündən-günə gümrahlaşıram. Xoşbəxtəm və hər oyunda meydana çıxaraq komandama kömək etmək istəyirəm".

Nihat

Seçilən
14
1
fanat.az

2Mənbələr