AZ

Harri Keyn Kompaninin "Bayern"də nəyi dəyişdiyini dedi

"Bayern Münhen"in hücumçusu Harri Keyn baş məşqçi Vensan Kompaninin komandada nəyi dəyişdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Bild" ingilis forvardın sözlərini belə çatdırıb:

"Kompani ilə ilk telefon danışığımı xatırlayıram. Həmin vaxt mənə rəqiblərimiz üçün amansız olacağımızı demişdi. Kompani bu mentaliteti komandaya aşılamağı bacarıb. O, ilk dəfədən bizə bildirdi ki, hesabda 1 top fərqi ilə önə keçmişiksə, ikincini, 3 top fərqiylə irəlidəyiksə, dördüncünü vurmağa çalışmalıyıq. Hazırda mentalitetimiz belədir. Bunu hətta məşqlərdən də anlamaq olar. Çünki məşqlərdə də ısl rəqabət və mübarizə ab-havası olur".

Nihat 
 

Seçilən
102
1
fanat.az

2Mənbələr