AZ

Mingəçevirdə sərnişin avtobus sürücüsünü döydü

MİNGƏÇEVİR, 19 yanvar. TELEQRAF

Mingəçevirdə xəttə olan avtobus sürücüsü döyülüb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə 12 saylı şəhərdaxili avtobus marşurutunda baş verib.

Marşurut avtobusunun sürücüsü Rəşad Musayevi mübahisə zəminində sərnişin döyərək xəsarət yetirib.

Mübahisəyə səbəb sərnişinin əl işarəsinə sürücünün vaxtında avtobusu saxlamaması olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundanbildirilib ki, xəsarətlə bağlı müvafiq ekspertiza təyin olunub, tərəflərin izahatları alınıb.

Seçilən
141
teleqraf.com

1Mənbələr