“Kəpəz”in futbolçusu Fərid Nəbiyev zədələnib.
İdmanxeber.az-a verilən məlumata görə, təcrübəli futbolçu “Karvan”a qarşı keçirilən yoxlama görüşündə (0:0) çıxış etməyib. Ayağında ağrı olduğu üçün həmin matçda risk edilməyib.
Nəbiyevin durumumun ciddi olmadığı bildirilir. Yarımmüdafiəçi qarşıdakı Premyer Liqa görüşündə meydana çıxa biləcək.
“Kəpəz” yanvarın 24-də səfərdə “Qarabağ”la üz-üzə gələcək.