AZ

Bu ölkə ilk böyük qaz yatağını KƏŞF ETDİ

Ajans.az xəbər verir ki, bu barədə Ölkə Prezidenti Ferdinand Markos Jr Facebook səhifəsində məlumat verib. Prezidentin açıqlamasına görə, yeni yataq Malampaya Şərq-1 blokunda yerləşir və kəşf ölkənin sabit və etibarlı enerji təchizatını təmin etmək istiqamətində atılan addımları gücləndirəcək. Məlumata görə, kəşf edilən yataqlar mövcud Malampaya yatağından təxminən beş kilometr şərqdə yerləşir. Onun ehtiyatları təxminən 2,8 milyard kubmetr qaz təşkil edir ki, bu da ildə təxminən 14 milyard kilovat-saat elektrik enerjisinə bərabərdir. Bu kəşf Filippinin enerji müstəqilliyinə və uzunmüddətli enerji təminatına töhfə verəcək əhəmiyyətli addım kimi qiymətləndirilir.

 

Seçilən
127
Ajans.az

1Mənbələr