
Çinin cənubundakı Yunnan əyalətində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Çjaotun şəhərindən 39 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.
Məryəm Quliyeva