AZ

Norveçin Baş naziri Yonas Qahr Stor

ain.az, Gununsesi saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Norveçin baş naziri Yonas Qahr Stora məktub göndərib.

Gununsesi.info xəbər verir ki, həmin məktubda deyilir:

“8 müharibəni dayandırdığıma baxmayaraq, ölkənizin mənə Nobel Sülh Mükafatını verməmək qərarını nəzərə alaraq, artıq yalnız sülhü düşünmək öhdəliyi hiss etmirəm; hərçənd sülh həmişə əsas olacaq. Lakin indi ABŞ üçün yaxşı və düzgün olan barədə də düşünə bilərəm. Qrenlandiya üzərində tam və mütləq nəzarətimiz olmadığı müddətcə dünya təhlükəsiz deyil”.

Norveçin baş naziri isə məktuba cavabla bağlı Bloomberg-ə açıqlamasında deyib:

“Nobel Sülh Mükafatı ilə bağlı mən Trampa bir neçə dəfə aydın şəkildə izah etmişəm ki, mükafatı Norveç hökuməti deyil, müstəqil Nobel Komitəsi verir”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
75
icma.az

1Mənbələr