AZ

İran Prezidenti internetin bərpasına çağırış EDİB

Ajans.az EFE xəbər agentliyinə istinadən xəbər verir ki, rabitə məhdudiyyətləri iqtisadi fəaliyyətə ciddi zərər vurur:
“Onlayn ticarətin təmin olunmasına və kommunikasiya məhdudiyyətlərinin azaldılmasına ehtiyac var. Mən Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə bu məhdudiyyətlərin mümkün qədər tez aradan qaldırılmasını tövsiyə etmişəm”, – deyə Pezeşkian qeyd edib.
O, eyni zamanda ötən ilin sonlarından bəri ölkəni əhatə edən etiraz aksiyaları zamanı saxlanılan şəxslərin işlərinə ədalətli və diqqətli şəkildə baxılmasının vacibliyini vurğulayıb.
“Son hadisələrlə bağlı saxlanılan şəxslərin işlərində ən yüksək diqqət və ədalət prinsipi əsas götürülməlidir”, – deyə prezident əlavə edib.

 

Seçilən
95
Ajans.az

1Mənbələr