AZ

Energetika Nazirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib (FOTO)

Bakı.Trend:

Energetika Nazirliyində Azərbaycan xalqının müstəqillik vəistiqlal mübarizəsinin qəhrəmanlıq səhifələrindən biri kimi tarixədüşmüş 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə anımmərasimi keçirilib.

Trend xəbərverir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbir şəhidlərin xatirəsinin bir dəqiqəliksükutla yad edilməsi ilə başlayıb. Energetika nazirinin müaviniSamir Vəliyev vurğulayıb ki, Qarabağın Ermənistana birləşdirilməsicəhdləri fonunda başlanan gərginliyin kulminasiya nöqtəsi olan 20Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətkimi tarixə yazılıb. Bildirilib ki, 1990-cı ilin yanvarında sovetrəhbərliyinin göstərişi ilə Bakıya yeridilən qoşunlar dinc əhaliyəqarşı misli görünməmiş zorakılıq törədərək günahsız insanlarınhəyatına son qoyub. Bu qanlı hadisə xalqımızın milli kimliyininformalaşmasına güclü təsir göstərərək azadlıq və müstəqillikideyasını daha da möhkəmləndirib. Qeyd olunub ki, 20 Yanvarfaciəsinə ilk siyasi-hüquqi qiyməti məhz Ümummilli Lider HeydərƏliyev verib. O, həmin günlərdə Moskvada Bakıya sovet qoşunlarınınyeridilməsini SSRİ rəhbərliyinin ağır cinayəti kimiqiymətləndirərək, bu qanlı hadisəyə görə məsuliyyət daşıyanlarıncəzalandırılmasını tələb edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevtərəfindən 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin daim əziztutulduğu, şəhid ailələrinin və əlillərin sosial müdafiəsi iləbağlı dövlət siyasətinin uğurla davam etdirildiyi bildirilib.

Tədbir digər çıxışçıların nitqləri ilə davam edib. Xüsusi olaraqqeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixiZəfər müstəqillik və azadlıq uğrunda canlarını fəda etmiş bütünşəhidlərimizin, o cümlədən 20 Yanvar şəhidlərinin qanının yerdəqalmadığını bir daha sübut etdi. Şəhid ailələrinin sosialmüdafiəsinin gücləndirilməsi, ölkənin davamlı inkişafının təminedilməsi və işğaldan azad edilmiş ərazilərin bərpası bu müqəddəsirsin davamı kimi uğurla həyata keçirilir.

Sonra 20 Yanvar hadisələrinə həsr olunan videoçarx nümayişetdirilib.

Energetika
Energetika
Məqalədə:
Seçilən
53
5
az.trend.az

6Mənbələr