Ötən il Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2 261,9 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki illə müqayisədə əczaçılıq məhsullarının istehsalı 86,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,1%, kimya sənayesi məhsullarının istehsalı isə 5,2% artıb.
Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə kimya sənayesi məhsullarından polietilen istehsalı 21,2%, etilen istehsalı 17,6%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar 91,9%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 24,6%, plastmas, çubuqlar, millər və profillər istehsalı isə 24,1% artıb.
Azərbaycanda istehsal olunan kimya sənayesi məhsulları:
| Məhsul növləri | 2025-ci ildə istehsal edilib | Əvvəlki ilə nisbətən, faizlə | 01.01.2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı |
| Kimya sənayesi məhsulları | |||
| Təsirsiz qazlar, min kub metr | 46 213,1 | 108 | 86,4 |
| ondan azot, min kub metr | 24 147,4 | 100 | 83 |
| Lak-boya məmulatları, ton | 43 479,2 | 100,4 | 369,6 |
| Qeyri-üzvi kimyəvi maddələr, ton | 23 690,0 | 73,1 | 43 70 |
| ondan yod, ton | 198,7 | 95,5 | 15,4 |
| Üzvi kimyəvi maddələr, min ton | 821,2 | 92,6 | 46,8 |
| ondan: etilen, min ton | 152,3 | 117,6 | 0,5 |
| propen (propilen), min ton | 144 | 118,6 | 0,9 |
| metanol (metil spirti), min ton | 407,5 | 78,9 | 26,7 |
| Etil spirti, min dkl | 72,3 | 56,7 | 34,9 |
| Gübrə və azot birləşmələri, min ton | 587,2 | 90,0 | 52,1 |
| Ondan: karbamid, min ton | 587 | 90,0 | 52 |
| İlkin formada plastik kütlə, min ton | 300 | 121,4 | 33,2 |
| ondan polietilen, min ton | 147,5 | 121,2 | 9,9 |
| Yapışqan və yapışdırıcı maddələr, min ton | 170 | 112,4 | 10,4 |