AZ

Azərbaycan əmtəəlik qaz hasilatını artırıb

Bakı. Trend:

Azərbaycan 2025-ci ildə 2024-cü illə müqayisədə əmtəəlik qazhasilatını 0,5 faiz artırıb.

Trend xəbər verirki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsi məlumatyayıb.

Məlumata əsasən, ötən il ölkədə təbii qaz hasilatı 50,9 milyardkubmetr təşkil edib. Bunun 38,9 milyard kubmetri əmtəəlik qazınpayına düşüb.

Öz növbəsində, təbii qaz hasilatı illik müqayisədə 0,6 faizartıb.

Bu dövrdə xam neft, o cümlədən əmtəəlik neft hasilatında isəazalma müşahidə olunub.

Belə ki, Azərbaycanda kondensat da nəzərə alınmaqla, təxminən27,7 milyon ton xam neft hasil edilib ki, bunun 27,6 milyon tonuəmtəəlik neft olub. Beləliklə, Azərbaycan xam neftin, o cümlədənkondensatla birlikdə hasilatını illik müqayisədə 4,8 faiz azaldıb.Əmtəəlik neft hasilatı da il ərzində 4,8 faiz azalma nümayişetdirib.

Qeyd edək ki, Azərbaycan şelf zonasında əhəmiyyətli qazehtiyatlarına malikdir. Qiymətləndirmələrə görə, nəhəng “Şahdəniz”yatağının kəşf edilmiş ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240milyon ton kondensat təşkil edir.

Bundan əlavə, Azərbaycanın karbohidrogen yataqları sırasında“Ümid-Babək” strukturu da yer alır. İlkin məlumatlara əsasən,perspektivli “Babək” strukturunun ehtiyatları 400 milyard kubmetrqaz və 80 milyon ton kondensat həcmində qiymətləndirilir.

Digər perspektivli strukturlara gəldikdə isə, “Şəfəq-Asiman”blokunun proqnoz ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyonton kondensat təşkil edir. “Abşeron” yatağından isə birincimərhələdə 1,5 milyard kubmetr qaz hasil olunur.

Məqalədə:
Seçilən
131
az.trend.az

1Mənbələr