AZ

Naxçıvanda maaş və sosial ödənişlərin verilməsi ilə bağlı YENİLİK

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan Muxtar Respublikasında əməkhaqları və sosial ödənişlərin nağdsız formada ödəniləcək.

BAKU.WS-in məlumatına görə, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu bu məqsədlə bank xidmətlərini satın alacaq.

Layihə əməkhaqları və sosial ödənişlərin nağdsız qaydada, birbaşa bank kartlarına köçürülməsini nəzərdə tutur və15 milyon manat məbləğində əməkhaqqı ödənişləri, eləcə də 310 milyon manatlıq sosial ödənişlər üzrə bank xidmətlərinin satın alınması planlaşdırılır.

Satınalma üzrə ehtimal olunan ümumi məbləğ 1 milyon 787 min 500 manat təşkil edir.

Qeyd edək ki, bu layihənin əsas məqsədi maaşların və sosial ödənişlərin daha şəffaf, təhlükəsiz və operativ şəkildə həyata keçirilməsidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
124
1
baku.ws

2Mənbələr