ain.az bildirir, 525.az portalına istinadən.
“Ermənistan və Türkiyə münasibətlərinin normallaşmasında irəliləyiş Ermənistan- Azərbaycan münasibətlərin normallaşması prosesinə nəinki zərər verməyəcək, həm də ona yeni təkan verə bilər”.
525.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan brifinqdə bildirib.
O deyib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi ilə Ermənistan- Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi fərqli proseslərdir, lakin eyni bölgədə olduğumuz üçün onlar qarşılıqlı əlaqədə ola bilərlər.
“Ermənistan-Azərbaycan sülh prosesində əldə edilən böyük irəliləyişi vurğulmamaq olmaz. 8 avqust sülh bəyannaməsi, dəmir yolu blokadasının qismən qaldırılması və sair. Ümumilikdə proseslər müsbət istiqamətdə gedir. Artıq müəyyən nəticələr görürük, bundan sonra digər nəticələri də görəcəyik", - o deyib.
Pərvanə Sultanova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.