AZ

Bərzani HƏRƏKƏTƏ KEÇDİ – Qüvvələr MÜHARİBƏYƏ hazırdır!

İraq Kürdüstanının sabiq rəhbəri Məsud Bərzani Ərbildən Suriyanın şimal-şərqində yerləşən Həsəkə vilayəti istiqamətinə müxtəlif silah və hərbi texnika ilə təchiz olunmuş üç peşmərgə birləşməsinin göndərilməsi barədə göstəriş verib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilir ki, qərar “təhlükəsizliyin, sabitliyin təmin edilməsi və mülki əhalinin qorunmasına dəstək çərçivəsində çağırışlar” fonunda qəbul edilib.

Bundan əvvəl Suriya KİV-lərinin xəbərinə görə, Suriyada keçid dövrünün prezidenti Əhməd əşl-Şaraa əsasını kürd silahlı birləşmələrinin təşkil etdiyi “Suriya Demokratik Qüvvələri” (SDF) ilə atəşkəs və qruplaşmanın dövlət institutlarına tam inteqrasiyasını nəzərdə tutan saziş imzalayıb.

Razılaşmaya əsasən, tərəflər bütün cəbhə və təmas xətlərində atəşi dayandırır; təşkilatın bütün üzvləri Fərat çayının şərqinə çəkilir; Deyr əz-Zor və Rəqqa vilayətlərində inzibati və hərbi nəzarət dərhal Suriya hökumətinə ötürülür; SDF-in nəzarətində olan Həsəkə vilayətindəki bütün mülki qurumlar Suriya dövlət strukturlarına və inzibati idarəetməyə inteqrasiya olunur.

Vasif Həsənli

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Vasif Həsənlinin sözlərinə görə, Türkiyənin Suriyanın Hələb bölgəsi ətrafında hərbi fəallığı artırmaqla rəsmi Ankaranın verməyə çalışdığı yeni mesajlar da böyük maraq doğurur:

“Belə ki, son vaxtlar Suriyanın şimal ərazilərində Türkiyə Silahlı Qüvvələrinin aktivliyi ciddi şəkildə artmağa başlayıb. Bu addımlar rəsmi Ankaranın uzun illərdir ki, davam edən əsas strateji xəttinə – Suriya ərazisində PKK silahlı terror təşkilatının möhkəmlənməsinin qarşısını almaq siyasətinə tamamilə uyğundur.

Rəsmi Ankaranın həm İraq, həm də Suriya üçün paralellik təşkil edən əsas hərbi strateji xətti ilk növbədə Türkiyənin terror təhlükəsindən müdafiə olunmasına yönəldilib. Belə ki, silahlı terror qruplaşması SDQ-nin əsas dayağı hesab olunan YPG Türkiyədə PKK-nın Suriya qolu kimi qəbul olunur və bu, rəsmi Ankaranın təhlükəsizlik doktrinasında “qırmızı cizgi” statusuna malikdir. Türkiyə son hadisələrə münasibətdə tutduğu strateji mövqe ilə ABŞ-nin Suriya siyasətinə açıq-aşkar meydan oxumuş oldu”.

Şərhçi qeyd edib ki, rəsmi Ankara Suriya ordusunun hərbi əməliyyatlarına yönəlik sadəcə, məmnunluq ifadə etməklə, kifayətlənmədi, həm də siyasi dəstək verməklə, legitimləşdirdi:

“Və rəsmi Ankaranın ön plana çıxartdığı “Suriyanın təhlükəsizliyi, məhz Türkiyənin təhlükəsizliyi deməkdir” tezisi rəsmi Dəməşq üçün “vahid dövlət-vahid ordu” prinsipini daha möhkəmləndirmiş oldu.

Bütün bunların nəticəsində Türkiyənin mövqeyi ilə bağlı artıq inkaredilməz önəmli reallıq da ortaya çıxır. Belə ki, rəsmi Ankara artıq ABŞ-nin Suriya siyasətini Türkiyənin milli təhlükəsizliyi ilə kəskin ziddiyyət təşkil edən faktor kimi qəbul edir. Və bu baxımdan, artıq qətiyyən şübhə doğurmur ki, ABŞ-nin “kürd terrorizmi”nə bağlı “SDF/YPG layihəsi” artıq Türkiyə üçün bitmək üzrədir, rəsmi Ankara onun tamamilə çökdürülərək, sıradan çıxarılması üçün daha kəskin addımların atılmasından çəkinməyəcəyini də biruzə verir”.

Seçilən
161
nocomment.az

1Mənbələr