ain.az, Cebheinfo portalına istinadən məlumat verir.
Ümid Partiyasının Təbliğat və İnformasiya şöbəsi partiyada əməliyyat keçirilməsi barədə yerli mətbuatda yayılan məlumatlarla bağlı açıqlama yayıb.
“Cebheinfo.az” xəbər verir ki, partiya “Ümid Partiyasında əməliyyat” başlıqlı yazıya təəssüf etdiyi bildilib və hadisənin təfərrüatı paylaşılıb:
“17.01.2026-ci ildə Ümid Partiyasının 150 m məsafəsində yerləşən uşaq bağçasının qarşısında axtarışda olan şəxs polis işçiləri tərəfindən saxlanılıb. Xeyli polis işçisinin toplandığı yerə Ümid Partiyasının sədri yaxınlaşıb və hadisənin mahiyyətini soruşub.
Ona cavab olaraq bildirilib ki, axtarışda olan şəxslə bağlı tədbirdir. Sədr polislərə uğurlar arzulayıb və qərargaha dönüb.
Ümid Partiyasının qərargahında, sədrin otağında, partiyaya aid ərazidə nə kimsə saxlanılıb, nə də axtarış aparılıb”.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.