2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 39 milyard 131,2 milyon manat, xərcləri isə 38 milyard 603,6 milyon manat təşkil edib.
"Far.Az" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 5,3 % və 2,4 % çoxdur.
Son nəticədə ötən il büdcədə 527,6 milyon manat profisit yaranıb. Əvvəlki il büdcədə 555,5 milyon manat kəsir olub.