AZ

Tramp: “Nobel verilmədiyi üçün sülh öhdəliyi hiss etmirəm”

ABŞ Prezidenti Donald Tramp Norveçin Baş naziri Yunas Qar Ştöreyə göndərdiyi məktubda Qrenlandiya ilə bağlı mövqeyini Nobel Sülh Mükafatını almaması ilə əlaqələndirib.

“Yeni Sabah” Bloomberg-ə istinadla xəbər verir ki, məktubda Tramp ona Nobel mükafatı verilmədiyinə görə “yalnız sülhü düşünmək öhdəliyi hiss etmədiyini” bildirib.

Məktubda Qrenlandiya üzərində nəzarətin qlobal təhlükəsizlik üçün vacib olduğunu vurğulanıb:

“Səkkiz müharibəni dayandırdığıma baxmayaraq, ölkənizin mənə Nobel Sülh Mükafatını verməməsini nəzərə alaraq, artıq yalnız sülhü düşünmək kimi bir öhdəlik hiss etmirəm. Sülh hər zaman önəmli olacaq, lakin indi ABŞ üçün doğru və faydalı olanı düşünə bilərəm. Dünya Qrenlandiya üzərində tam və total nəzarət olmadan təhlükəsiz deyil”.


Telegram kanalımız
Seçilən
84
yenisabah.az

1Mənbələr