AZ

Ötən il milyonlar verdikləri Burak bu il niyə Riyadda yada düşməyib?

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səudiyyə Ərəbistanının dünya ulduzlarına ev sahibliyi etdiyi "Joy Awards" gecəsində türkiyəli məşhurlar Burak Özçivit və xanımı Fahriyə Evcenin olmaması müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, hər il bir çox ərəb ölkəsində keçirilən dəvətlərə və açılışlara qatılan Burak Özçivitin qatılmaması sual doğurub. İddia olunub ki, cütlük tədbirdə onlara ayrılan yeri bəyənməyib.

Daha bir iddiaya görə, aktyor bununla bağlı sosial şəbəkədə təşkilatçıları tənqid edən paylaşım yayımlayıb, lakin qısa müddət sonra həmin yazını silib.

Məhz bu addımından sonra Burak Özçivitin bu il "Joy Awards"ın dəvətliləri siyahısına daxil edilmədiyi deyilib. Məsələ ilə bağlı nə aktyor, nə də təşkilatçılar açıqlama yayıb.

Qeyd edək ki, keçən il Səudiyyə Ərəbistanında markalardan birinin reklamı üçün model Ainura Davudovanın yanında əyləşməyə görə Buraka 1 milyon dollar veriblər. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
92
axsam.az

1Mənbələr