AZ

Ekstremal hava Kamçatkada vəziyyəti GƏRGİNLƏŞDİRİR

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Kamçatka yarımadasında dekabr 2025 və yanvar ayının ilk yarısında hava şəraiti ekstremal olub.

Redaktor.az bu haqda xarici KİV-ə istinadla məlumat verir.

2025-ci ildə Kamçatka şəhərində 370 millimetr yağıntı düşüb ki, bu da aylıq norma­nın 316 faizini təşkil edir. Yanvarın ilk günlərində isə əlavə 163,6 millimetr yağıntı (normanın 149 faizi) müşahidə olunub. Nəticədə bölgədə lavina təhlükəsi kəskin artıb.

Sonuncu dəfə buna bənzər vəziyyət 60 ildən artıq əvvəl — 1970-ci illərin əvvəllərində qeydə alınmışdı.

Hazırda bölgədə qarın yaratdığı fəsadların aradan qaldırılması üzrə işlər davam edir. Hələlik tam avtobus nəqliyyatı bərpa olunmayıb və sakinlərə yalnız zəruri hallarda evdən çıxmaları tövsiyə olunur.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
109
1
redaktor.az

2Mənbələr