AZ

Vuçiç və Andrey Babiş Bakıya gəlir

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Serbiya Prezidenti Aleksandr Vuçiç 13-cü Dünya Şəhərlər Forumunda (WUF13) iştirak etmək üçün mayın 17-də Azərbaycana səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”a Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavleviç bildirib.

O qeyd edib ki, səfərin dəqiq tarixi 17 maydır və bu, WUF13 çərçivəsində baş tutacaq.

Səfirin sözlərinə görə, Serbiya Prezidenti artıq tədbirdə iştirakını təsdiqləyib:

“Nümayəndə heyətinin tərkibi hələ mənə məlum deyil, amma o, iştirakını təsdiqləyib”.

Qeyd edək ki, WUF13 konfransı 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək. Tədbir çərçivəsində ilk dəfə olaraq Liderlər Sammiti təşkil olunacaq.

X X X

Çexiya Baş nazir Andrey Babişin Azərbaycana rəsmi səfərini planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bunu Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek “Report”un sualına cavabında bildirib.

Diplomatın sözlərinə görə, İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş arasında görüş keçiriləcək. Bu, Babişin ötən ilin dekabrında yüksək vəzifəyə təyin olunmasından sonra liderlərin ilk danışıqları olacaq.

“Bizim çox yaxşı planlarımız var. Yaxın günlərdə Davosda Prezident İlham Əliyev və Baş nazirimiz Andrey Babiş arasında görüş keçiriləcək. Bu onların ilk danışıqları olacaq və ümid edirəm ki, bunun nəticələrinə əsasən Baş nazirimizin Azərbaycana rəsmi səfərini planlaşdıracağıq”, – o qeyd edib.

Səfir iki ölkə arasında enerji əməkdaşlığının əhəmiyyətini vurğulayıb. O həmçinin, Azərbaycanın Çex Respublikasına ən böyük neft tədarükçüsü olduğunu qeyd edib.

“Bizim üçün Azərbaycanla enerji əməkdaşlığı məsələləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan neft emalı zavodlarımız üçün ən böyük neft tədarükçüsüdür. Bu baxımdan, enerji əməkdaşlığı bizim üçün çox vacibdir”, – diplomat fikrini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
80
globalinfo.az

1Mənbələr