AZ

Artıq sülh haqqında düşünməyə borclu deyiləm - Tramp

Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp artıq sülh haqqında düşünməyə borclu olmadığını bəyan edib. Ağ Ev rəhbəri bununla bağlı fikrini Norveç Baş naziri Yonas Qar Stereyə ünvanlayıb.

Hafta.az xəbər verir ki, məktubun mətni "PBS News" nəşrinin müxbiri Nik Şifrin tərəfindən dərc edilib.

Tramp bildirib ki, Nobel Sülh Mükafatını almadığı üçün artıq bütün planetdə münaqişələrin necə tənzimlənəcəyi barədə düşünməyəcək.

Trampdan

"Hörmətli Yonas, nəzərə alsaq ki, sizin ölkəniz mənə səkkizdən çox müharibəni dayandırdığım üçün Nobel Sülh Mükafatını verməmək qərarına gəlib, artıq mən yalnız sülh haqqında düşünməyə borclu olduğumu hiss etmirəm, baxmayaraq ki, bu, həmişə prioritet olacaq, amma indi mən ABŞ üçün nəyin yaxşı və uyğun olduğu barədə düşünə bilərəm", - deyə Trampın Norveç baş nazirinə ünvanladığı mesajda bildirilib.

Seçilən
133
1
hafta.az

2Mənbələr