AZ

Cazibədar basketbolçu yeni müqavilə təklif olunmasa, bu yola əl atacaq

Dünyanın ən məşhur qadın basketbolçularından biri, Sofi Kanningem, OnlyFans hesabı açmağı nəzərdən keçirə biləcəyini bəyan edib. Səbəb isə WNBA ilə müqaviləsinin başa çatması və yeni təklifin olmamasıdır.

Publika.az xəbər verir ki, Sofi "İndiana Fever" ilə müqaviləsi bitdikdən sonra azad agent olub və liqada mümkün lokaut fonunda gələcəyi hələ tam aydın deyil.

Dekabrın sonunda o, "Speechless" podkastında yarı-ciddi olaraq bildirib ki, əgər ona yeni müqavilə təklif olunmazsa, "OnlyFans"a keçməyə hazırdır: "Mənim bir B layihəm var. Liqa pərəstişkar qazanmaq üçün platforma təqdim edir, "OnlyFans" isə ayrıca platforma ola bilər. Bu yaxşı ideyadır!"

Sofi zarafat edir, yoxsa ciddidir? Hələ bilinmir. Bunu öyrənənə qədər isə onunla tanış olaq. Kanningem 1996-cı ildə Missuri ştatının Kolumbiya şəhərində anadan olub və bu yay 30 yaşını qeyd edəcək.

Seçilən
67
publika.az

1Mənbələr