AZ

Trampdan Norveçə SƏRT MƏKTUB: Nobel vermədiniz, mən də sülhü düşünmürəm

Tramp bildirib ki, Nobel Sülh Mükafatına layiq görülmədiyi üçün artıq sülh haqqında düşünməyə borclu deyil.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin “PBS” telekanalı məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp Norveçin Baş naziri Yonas Qar Storeyə yazdığı məktubda Avropa və Danimarka haqqında sərt fikirlər səsləndirib, Qrenlandiya mövzusunu yenidən gündəmə gətirib.

Tramp məktubda birbaşa olaraq mövqeyini Nobel Sülh mükafatını almaması ilə əlaqələndirib:

“Sizin ölkəniz səkkiz və daha çox müharibəni bitirməyimə baxmayaraq, mənə Nobel Sülh mükafatını verməmək qərarına gəldi.

Artıq özümü yalnız sülh haqqında düşünməyə borclu hiss etmirəm, hərçənd sülh hər zaman vacib olaraq qalacaq.

Bunun əvəzinə mən indi Amerika Birləşmiş Ştatları üçün nəyin yaxşı və məqsədəuyğun olduğunu düşünə bilərəm”.

Məktubun böyük bir hissəsi Qrenlandiyaya həsr olunub. Trampın fikrincə, Danimarka adanı nə Rusiyadan, nə də Çindən qorumaq iqtidarındadır.

O, Danimarkanın ada üzərindəki mülkiyyət hüququnu da şübhə altına alıb:

“Onların buna sahiblik hüququ niyə var? Heç bir yazılı sənəd yoxdur – sadəcə fakt budur ki, yüz illər əvvəl oraya bir qayıq yanaşıb. Amma bizim də oraya yanaşan qayıqlarımız olub”.

Sonda ABŞ lideri öz təhdidini təkrarlayaraq qeyd edib ki, ABŞ Qrenlandiya üzərində tam və mütləq nəzarəti ələ keçirməyənə qədər dünya təhlükəsiz olmayacaq.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
25
interpress.az

1Mənbələr