AZ

Tokayev:” Solovyov nə danışdığını anlamır və xalqlar arasında nifaq salır” 

Qazaxıstan Prezidenti Qasım Comərd Tokayev adətən təmkinli mövqeyi ilə tanınsa da, Astanada yerləşən “Müstəqillik sarayı”nda dövlət büdcəsinin müzakirəsi zamanı gözlənilmədən sərt bəyanatla çıxış edib.

Vətəninfo.az xəbər verir ki, Prezident çıxışında rusiyalı teleaparıcı Vladimir Solovyovun fəaliyyətinə toxunaraq bildirib ki, onun bəzi açıqlamaları Qazaxıstanın suverenliyinə hörmətsizlik xarakteri daşıyır və xalqlar arasında nifaq yaradır. Tokayev vurğulayıb ki, bu cür davranışlar qəbuledilməzdir və hüquqi qiymət almalıdır.

“Əgər kimsə məsuliyyətsiz çıxışları ilə dövlətimizin suverenliyini hədəfə alırsa, bu, cavabsız qalmayacaq. Belə hallarla bağlı müvafiq hüquqi tədbirlər görüləcək”, – deyə Qazaxıstan Prezidenti qeyd edib.

Məlumatda bildirilir ki, Vladimir Solovyov öz televiziya çıxışlarında Qazaxıstanın dövlətçilik prinsiplərinə dair təhqiramiz və məsuliyyətsiz ifadələr işlədib. Rəsmi Astana bu cür açıqlamaların ölkələrarası münasibətlərə zərər vurduğunu hesab edir.

Qazaxıstan rəsmiləri vurğulayırlar ki, dövlətin suverenliyinə və xalqın ləyaqətinə qarşı yönəlmiş çağırışlar və bəyanatlar hüquqi müstəvidə araşdırılacaq və qanun çərçivəsində qiymətləndiriləcək.

Seçilən
31
veteninfo.az

1Mənbələr