AZ

Azərbaycanda kişi keçmiş arvadını toy geyiminə görə vedrə ilə döydü TƏFƏRRÜAT

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Tərtər rayonunda 1991-ci il təvəllüdlü Elmar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Xuramana (adlar şərtidir – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 6-da Tərtər şəhəri, Elman Səfərov küçəsində yerləşən evlərdən birində baş verib. 

Elmar həmin gün saat 19:50-də yaşadığı evində məhkəmə qərarı əsasında həmin ünvanda yaşamaq hüququna malik olan keçmiş həyat yoldaşı Xuramana geyiminə öz narazılığını birdirməsi zamanı aralarında qısqanclıq zəminində mübahisə yaranıb.Mübahisənin davamı fonunda bir-birilərinə qarşılıqlı şəkildə iradlarını bildiriblər. Bu zaman sərxoş vəziyyətdə olan Elmar qadını cəzalandırmaq məqsədi ilə onun sağlamlığına xəsarət yetirmək qərarına gəlib. O, qadına şillə- yumruq zərbələri ilə xəsarətlər yetirib. Hadisəni törədən Elmarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, rəsmi olaraq heç bir yerdə işləmir, üçüncü qrup əlildir: “Zərərçəkmiş Xuraman mənim keçmiş arvadımdır. Biz 2017-ci ildə boşanmışıq. Boşansaq da, bir evdə yaşayırıq. Mayın 6-da, saat 12 radələrində Xuraman, özümün anam Kəmalə, qızlarım – Ləman və Aydan ilə birlikdə Bərdə rayonuna xalam nəvəsinin toy məclisinə getdik. Təxminən saat 19-20 radələrində toydan evə qayıtdıq. Evə gəldikdən sonra Xuraman ilə aramızda mübahisə yarandı. Xuraman hamama tərəf getdikdə arxası ilə eyvana çıxdım. Onun sol üz nahiyəsinə bir dəfə şillə vurdum. O, mənim ünvanıma nalayiq ifadələr işlədərək hamama keçdi. Bu zaman hamamın giriş hissəsində olan dəmir vedrəni götürərək onun baş nahiyəsinə zərbə vuraraq xəsarət yetirdim”. Tərtər Rayon Məhkəməsinin hökmü ilə Elmar 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməsi, həmçinin Tərtər rayon ərazi hüdudlarını tərk etməsi qadağan olunub. 

Bundan əlavə bu müddətdə ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb. Həmçinin cəzaçəkmə müddəti ərzində təqsirləndirilən şəxsə kütləvi və digər tədbirlər təşkil etmək, belə tədbirlərdə iştirak etmək qadağan edilib. Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
148
demokrat.az

1Mənbələr