AZ

Belə paylaşımların 2000 manat cəriməsi var: Bəs, necə tənzimlənəcək? Hüquqşünasdan açıqlama

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklər ictimaiyyətin diqqət mərkəzindədir. Qanuna əsasən, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində ictimai mənəviyyata, milli-mənəvi dəyərlərə uyğun olmayan əxlaqsız ifadələr və hərəkətlər nümayiş etdirildikdə cərimələr tətbiq edilə bilər.Hüquqşünas Əkrəm Həsənov Demokrat.Az-a bildirib ki, bu məsələ İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir:"Qanunvericiliyə edilən dəyişiklik artıq qəbul olunub, lakin onun praktiki tətbiqi hələ dəqiq müəyyənləşməyib. Dəyişiklikdən görünür ki, məsələ yalnız əxlaqsız söz və hərəkətlərə aiddir. Yəni, ictimai və mənəvi ziyan vuran, lakin əxlaqsız olmayan ifadələr məsuliyyət yaratmır. Bu baxımdan şəxslərin söz azadlığı qorunur".O, bildirib ki, praktikada bəzi hallarda insanlar ictimaiyyət və peşə sahiblərinə qarşı sərt ifadələr işlədə bilər, lakin hüquq sistemi və məhkəmələr yalnız qanunda nəzərdə tutulmuş əxlaqsız ifadələrə görə tədbir görəcək:"Tətbiq prosesi fərqli ola bilər və əvvəlcədən nəticəni proqnozlaşdırmaq çətindir. Azərbaycanda hüquq mühafizə orqanlarının və məhkəmələrin yanaşması bu prosesdə əsas rol oynayacaq. Qanun qəbul olunub, amma praktiki tətbiqdə hallar dəyişkən ola bilər. Bu, həm hüquqi, həm də ictimai baxımdan diqqətlə izlənməlidir".Qeyd edək ki, pozuntular olarsa, cərimə 1000-2000 manata qədər artırıla bilər və inzibati həbs də nəzərdə tutula bilər.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
127
demokrat.az

1Mənbələr