AZ

Avropada təbii qaz 6% ucuzlaşıb

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 415 ABŞ dollarınadək enib.

“APA-Economics” xəbər verir ki, 19 yanvar tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə fevral fyuçerslərinin qiyməti 415,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (442,8 dollar) ilə müqayisədə 6,2% azdır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
179
7
apa.az

10Mənbələr