Bakı. Trend:
Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi,dövriyyəsi, uçotu, saxlanılması, izlənməsi sahələrində dövlətnəzarəti həyata keçiriləcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Qiymətlimetallar və qiymətli daşlar haqqında” Qanunda dəyişiklik edilməsibarədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, işlənməmiş və ya sadəcə yonulmuş,parçalanmış və ya qırılmış və xarici iqtisadi fəaliyyətin malnomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunanqiymətli daşlar emal edilməmiş almazlar hesab ediləcək.
Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi,dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrindədövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqan (qurum) tərəfindən həyata keçiriləcək.
Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi,dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrindədövlət nəzarətinin həyata keçirilməsi və “Emal edilməmiş almazlarınixracı ilə əlaqədar “Kimberli Sertifikatlaşdırma ProsesininSxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsiqaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum) tərəfindən müəyyən ediləcək.
Azərbaycan Respublikasında emal edilməmiş almazların idxalı vəixracı yalnız “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə üzvdövlətlərdən həyata keçirilə biləcək. Emal edilməmiş almazlarınidxalı və ixracı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) rəyi əsasında həyata keçiriləcək.
Qeyd edək ki, qanun qəbul edildikdən sonra “Emal edilməmişalmazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu vəsaxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarətininhəyata keçirilməsi və emal edilməmiş almazın İxracı ilə əlaqədar“Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğunsertifikatın forması və verilməsi qaydaları” təsdiq ediləcək.