AZ

İki yüksək sürətli qatar relsdən çıxdı: Ölənlər var

İspaniyanın cənubundakı Endülüs bölgəsində, Kurtuba şəhəri yaxınlığında iki yüksək sürətli qatarın relsdən çıxması nəticəsində 21 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, Kurtubaya bağlı Adamuz qəsəbəsində Malagadan Madridə gedən sürət qatarının üç vaqonu relsdən çıxıb.

Bu vaxt qarşı xəttlə Uelva istiqamətində hərəkət edən digər qatar relsdən çıxmış vaqonlara görə manevr etmək məcburiyyətində qalıb və onun da bəzi vaqonları aşıb.

Kurtubaya beş mobil reanimasiya briqadası, bir logistika dəstək maşını və dörd təcili kritik yardım briqadası göndərilib.

Adamuzda sahra xəstəxanasının qurulduğu, hərbi təcili yardım birliyindən 37 əsgərin bölgəyə göndərildiyi, açıq havada qalan sərnişinlərin köçürülməsi prosesinin davam etdiyi, ətrafdakı sakinlərin isə battaniyə və ərzaq yardımı göstərdiyi qeyd olunub.

Madriddən Malagaya doğru gedən qatarın vaqonlarının relsdən çıxmasına nəyin səbəb olduğu hələlik məlum deyil.

Seçilən
160
cebheinfo.az

1Mənbələr