AZ

"Bayern Münhen"in Noyerlə bağlı qərarını açıqlayacağı tarix bilindi - SON DURUM

"Bayern Münhen"in idman direktoru Maks Eberli qapıçı Manuel Noyerin gələcəyi ilə bağlı sualı cavablandırıb. 

Fanat.Az xəbər verir ki, "Mia San Mia" klub rəsmisinin fikirlərini belə təqdim edib: 

"Noyer tezliklə 40 yaşına çatacaq, lakin o, dünya səviyyəli çıxışını davam etdirir. Mövsümün sonunda onunla oturub danışacaq və hər şeyi həll edəcəyik. Hələki sakitikdir. Aprel və ya may aylarında münasibətlərə yenidən nəzər salacağıq. O, hazırda inanılmaz dərəcədə yaxşı oynayır". 

Qeyd edək ki, Noyer bu mövsüm Almaniya Bundesliqasında 15 oyuna çıxıb və bunların beşində qapısını toxunulmaz saxlayıb. 

Seçilən
74
1
fanat.az

2Mənbələr