AZ

Futbol qaydalarını dəyişdirəcək təklif

“Arsenal”ın keçmiş baş məşqçisi Arsen Vengerin ofsayd qaydasının dəyişdirilməsi ilə bağlı təklifi bəzi dairələr tərəfindən qəbul edilməyib. Metbuat.az xəbər verir ki, UEFA və İngiltərə Futbol Federasiyasının təklifə razılıq verməyib. Bildirilir ki, FİFA prezidenti Canni İnfantino təklifin qəbul edilə biləcəyini irəli sürmüşdü. Lakin Britaniya Futbol Assosiasiyaları və UEFA-nın bu məsələ ilə bağlı fərqli fikirləri var. “The Times” qəzetinin məlumatına görə, təklifin çox radikal olması və oyunda böyük dəyişikliklər yarada biləcəyi ilə bağlı narahatlıqlar irəli sürülüb.

Qeyd edək ki, Arsen Vengerin təklif etdiyi qaydaya əsasən oyunçuların bədənlərinin bir hissəsi sonuncu rəqib oyunçu ilə cüzi də olsa üst-üstə düşərsə, oyundankənar vəziyyət qeydə alınmayacaq. Arsen Venger təklifinə görə, ofsayd üçün hücumda olan oyunçunun bütün bədən üzvləri rəqibin sonuncu müdafiəçisindən irəlidə olmalıdır.

Seçilən
64
metbuat.az

1Mənbələr