AZ

20 Yanvar şəhidlərinin xatirəsi Salonikidə yad olunub

Saloniki, 19 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin Salonikidə yerləşən qərargahında anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Yunanıstanda yaşayan həmvətənlərimizlə yanaşı, yunanlar və digər millətlərin nümayəndələri də iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov 20 Yanvar hadisələri barədə geniş məlumat verib. O, həmin gecənin Azərbaycan xalqının tarixində təkcə faciə deyil, həm də azadlıq, müstəqillik uğrunda mübarizə, qəhrəmanlıq səhifəsi və milli azadlığın oyanış günü kimi həkk olunduğunu vurğulayıb.

Tədbir çərçivəsində 20 Yanvar hadisələrini özündə əks etdirən edən sənədli film nümayiş olunub.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Saloniki

Seçilən
124
azertag.az

1Mənbələr